“Bildirmək istəyirəm ki, bizim ailə “88” supermarketlər şəbəkəsinin xidmətlərindən heç vaxt istifadə etməyib və etmir”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan “Facebook” səhifəsində yazıb.
“Mən bu mağazaların nə olduğunu, harada yerləşdiyini, hansı xidmət keyfiyyəti göstərdiklərini bilmirəm. Açığı, “88” adlı mağazalardan heç vaxt istifadə etməyi də planlaşdırmıram. Artıq təxminən 20 ildir ki, ailəmiz üçün alış-verişi İrəvanda yerləşən iki fərqli supermarket şəbəkəsindən edirəm və gələcəkdə də bunu davam etdirəcəyəm. Tərəvəzləri şəhərin müxtəlif küçələrində yerləşən kiçik, səliqəli meyvə-tərəvəz köşklərindən alırıq.
Mənim “88” supermarketlər şəbəkəsi ilə heç bir əlaqəm yoxdur.
Xahiş edirəm, bu mağaza və mənim adımla bağlı yayılan şayiələrə inanmayın. Əgər sizi bu mağazaların guya mənə məxsus olduğuna inandırmağa çalışırlarsa, sadəcə onları boykot edin və bu şəbəkənin xidmətlərindən istifadə etməyin — hətta “Anna Akopyanın 88 supermarketləri”ndən bir butulka su belə almayın. Ümumiyyətlə, adımla əlaqələndirilən hər hansı biznesi boykot edin”, – deyə Akopyan qeyd edib. (Mənbə: News.am)
Bizim.Media

- A-
- A
- A+
Region
16:55 / 02.12.2025
Anna Akopyan: “Adımla bağlı şayiələrə inanmayın”
Hazırda oxunan: Anna Akopyan: “Adımla bağlı şayiələrə inanmayın”
Hazırda oxunan: Anna Akopyan: “Adımla bağlı şayiələrə inanmayın”
583502
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































