Qarabağda erməni quldur dəstələri dağıdılır – Əsgərlərin yeri “doldurulmur”

Qarabağda erməni quldur dəstələri dağıdılır – Əsgərlərin yeri “doldurulmur”

Hazırda oxunan: Qarabağda erməni quldur dəstələri dağıdılır – Əsgərlərin yeri “doldurulmur”

58164

44 günlük müharibə başa çatdıqdan sonra Ermənistandan hərbi qulluqçular Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan ərazisinə çağırılmır. 

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryan öz Facebook səhifəsində yazıb.

“Öz qərarları, mütəşəkkil və ardıcıl addımları ilə “Qarabağın Müdafiə Ordusu”nu (Qarabağ separatçılarının dəstələri) darmadağın edən insanları necə xarakterizə etmək olar?

31 yanvar 2022-ci il tarixində 2021-2022-ci il qış hərbi xidmətə çağırış başa çatıb. Bu, 2020-ci il müharibəsindən sonra üçüncü çağırış idi. Hər çağırışla xidmət müddəti başa çatmış əsgərlərin tərxis olunması da həyata keçirilir. Faktiki olaraq üçüncü dəfədir ki, hərbi qulluqçular (Qarabağ separatçılarının dəstələri) yalnız “Artsax”dan (Qarabağ)  tərxis olunur, əsgərlərin yeri isə “doldurulmur”.

Aydındır ki, onun sərhədlərinin mühafizəsini və təhlükəsizliyini yalnız “Artsax”da yaşayan əhalinin səyi ilə təşkil etmək mümkün deyil. “Qarabağın Müdafiə Ordusu” faktiki olaraq bütün mümkün faciəvi nəticələrlə dağıdılır”, - deyə Kazaryan qeyd edib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan ardıcıl olaraq Ermənistan və Qarabağ ordularını məhv edir, dövlətin müqavimət imkanlarını zəiflədir, "Artsax"ı düşmənə vermək və nəhayət, Ermənistanı məhv etmək kimi cinayətkar niyyətlərlə düşmənçilik tezisləri irəli sürür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO