Xəbər verdiyimiz kimi Ermənistan Respublikasının hökuməti 2025-ci il noyabrın 1-dən etibarən ölkəyə giriş və çıxış möhürlərində artıq Ağrıdağ (Ararat dağı) təsvirinin olmamasına dair qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, artıq bu gündən etibarən erməni pasportlarına yeni giriş-çıxış möhürləri vurulur.
Möhürlərin üzərində təyyarə təsviri və ingilis dilində "Zvartnots" yazısı, İrəvan Beynəlxalq Hava Limanının adı, eləcə də həm erməni, həm də ingilis dilində "Armenia" yazılıb.
Sosial şəbəkə istifadəçiləri, Ermənistanın giriş və çıxış möhürlərindən Ağrıdağ (Ararat dağı) təsvirinin çıxarıldığını göstərən videolar paylaşırlar.

Bizim.Media

- A-
- A
- A+
Region
19:42 / 01.11.2025
Ermənistan viza möhürlərindən Ağrıdağın təsvirini çıxardı - FOTO/VİDEO
Hazırda oxunan: Ermənistan viza möhürlərindən Ağrıdağın təsvirini çıxardı - FOTO/VİDEO
Hazırda oxunan: Ermənistan viza möhürlərindən Ağrıdağın təsvirini çıxardı - FOTO/VİDEO
578393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































