İrəvanda Ermənistan və Azərbaycan nümayəndələri arasında dəyirmi masa KEÇİRİLDİ - FOTO

İrəvanda Ermənistan və Azərbaycan nümayəndələri arasında dəyirmi masa KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: İrəvanda Ermənistan və Azərbaycan nümayəndələri arasında dəyirmi masa KEÇİRİLDİ - FOTO

576682

Bu gün İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda – FOTO


Görüşdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib.

Dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İsgəndərli, Kamalə Məmmədova, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.

Qriqoryan tədbirin əhəmiyyətini vurğulayıb və belə görüşlərin İrəvanla Bakı arasında normallaşma prosesinin tərkib hissəsi kimi keçirilməsini yüksək qiymətləndirərək, onların iki ölkə cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi və birbaşa əlaqələrin qurulmasına yönəldiyini qeyd edib.


Vətəndaş cəmiyyətinin nümayəndələri də öz növbəsində tədbirin təşkilinə və müsbət atmosferin yaradılmasına görə Ermənistan tərəfinə təşəkkür ediblər.

Görüş iştirakçıları iki ölkə arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri müzakirə ediblər.

Tərəflər hər iki cəmiyyət üçün maraq doğuran bir sıra məsələləri, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh prosesinin perspektivlərini, humanitar məsələləri, münasibətlərin normallaşdırılması kontekstində iqtisadi və logistik imkanları, həmçinin etimadın daha da möhkəmləndirilməsi tədbirlərini müzakirə ediblər. Müzakirələr zamanı planların hazırlanmasına və qrupun birgə təşəbbüslərinin gələcək istiqamətlərinin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilib.

Görüşün ikinci hissəsində Qriqoryan sualları cavablandırıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO