Rusiya prezidenti Vladimir Putin Moskva şəhərində keçirilən illik böyük mətbuat konfransında Rusiya İmperiyasının və Sovet İttifaqının dağılmasına daxildən töhfə verənlər haqqında diskussiya aparıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Putin CANLI efirdə jurnalistlərin suallarını cavablandırır
“Rusiya məğlub ola bilməz. Onu ancaq içəridən məhv etmək olar. Birinci Dünya Müharibəsi nəticəsində və Sovet İttifaqının dağıldığı 1990-cı illərdə bu, uğurla həyata keçirilib”, - deyə Rusiya lideri bildirib.
Putin əlavə edib ki, hər iki halda Rusiya dövlətinin 20-ci əsrdə dağılmasına ölkə daxilində digər dövlətlərin maraqlarını müdafiə edən müəyyən qüvvələr kömək edib.
Bizim.Media