Ermənistanda Robert Köçəryanın keçmiş müşaviri saxlanıldı

Ermənistanda Robert Köçəryanın keçmiş müşaviri saxlanıldı

Hazırda oxunan: Ermənistanda Robert Köçəryanın keçmiş müşaviri saxlanıldı

51743

Müxalifətdə olan Milli Təhlükəsizlik Partiyasının sədri, Ermənistanın eks-prezidenti Robert Köçəryanın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Qarnik İsaqulyan həbs edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Vətəndaş düşüncəsi” ictimai təşkilatının sədri Narek Samsonyan öz Facebook səhifəsində məlumat verib.

“Hazırda maskalı və uniformalı insanlar Qarnik İsaqulyanı nəzarətə götürürlər. Ölkədə siyasi təqiblər güclənir, ərazilərin təslim edilməsinə mane olanlar aradan götürülür”, - deyə N.Samsonyan yazıb.
Qeyd edək ki, İsaqulyan müsahibə zamanı deyib ki, Ermənistan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri guya Türkiyə-Azərbaycan xüsusi xidmət orqanları tərəfindən işə “tələyə salınıb” (zaverbovka), 2008-ci ildən bu xidmətlərin nümayəndələri ilə əməkdaşlıq edib. Bununla bağlı İsaqulyanın tutulması barədə qərar qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO