Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) “3+3” əməkdaşlıq plarforması çərçivəsində dekabrın 10-da Moskvada keçirilmiş məsləhətləşmələrlə bağlı etiraz bəyanatı yayıb.
Bizim.Media "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, müzakirələr zamanı Gürcüstanın dövlət bayrağının istifadəsi qəbuledilməz hesab edilib.
MÖVZU İLƏ BAĞLI:
Gürcüstanın iqtisadiyyat naziri sabah Bakıya gələcək
"Moskvada dekabrın 10-da keçirilən görüşdə Gürcüstan bayrağı təqdim olunub. Bu, əlbəttə ki, bizim üçün qəbuledilməzdir. Biz buna müvafiq diplomatik kanallar vasitəsilə reaksiya vermişik”, -deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Moskva toplantısında Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiya təmsil olunub.
İclasda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media