Azərbaycanla sərhəddə təxribat törədən düşmən ağır itki verib.
Bizim.Media xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi 1 hərbçilərinin öldüyünü, 8-nin isə yaralandığını açıqlayıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.
MÖVZU İLƏ BAĞLI:
“Ermənilər atəşkəsi 203 dəfə pozublar” - Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
"Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.
Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində düşmən susdurulub, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.
Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Bizim.Media