Gürcüstan parlamentinə yeni spiker seçildi

Gürcüstan parlamentinə yeni spiker seçildi

Hazırda oxunan: Gürcüstan parlamentinə yeni spiker seçildi

5006

Gürcüstan parlamentinin yeni sədri seçilib.

Bizim.Media xəbər verir ki, X çağırış yeni parlamentin ilk iclasında bir sıra təşkilatı məsələlərə baxılıb, deputat Arçil Talakvadze parlamentin sədri seçilib.

Onun namizədliyini 86 deputat dəstəkləyib.

Parlament sədrinin birinci müavini vəzifəsinə (birinci vitse-spiker) Gia Volski, qanunverici orqanın sədr müavinləri vəzifələrinə isə Kaxa Kuçava və David Sergeyenko seçiliblər.

Parlamentdə hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan” partiyası çoxluq fraksiyası yaradıb. 90 üzvü olan fraksiyaya Mamuka Mdinaradze rəhbərlik edəcək.

Qeyd edək ki, 37 yaşlı A.Talakvadze hakim Gürcü Arzusu Partiyasının seçki siyahısında II yerdə olub. O, 2019-cu ilin iyunundan bu ilin oktyabrın 1-dək spiker vəzifəsini tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO