Bu gün Haaqada Ermənistanın Azərbaycana qarşı cinayətləri ilə bağlı QƏRAR VERİLƏCƏK

Bu gün Haaqada Ermənistanın Azərbaycana qarşı cinayətləri ilə bağlı QƏRAR VERİLƏCƏK

Hazırda oxunan: Bu gün Haaqada Ermənistanın Azərbaycana qarşı cinayətləri ilə bağlı QƏRAR VERİLƏCƏK

49456

Bu gün BMT-nin Haaqa Beynəlxalq Məhkəməsi Azərbaycanın iddiası əsasında Ermənistana qarşı təcili tədbirlərin görülməsi ilə bağlı müvəqqəti qərar elan edəcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanı pozduğuna görə BMT-nin Beynəlxalq Məhkəməsində Ermənistana qarşı iddia qaldırıb.

Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənsubiyyətinə görə bir sıra ayrı-seçkilik törədib və törətməkdə davam edir.

Ermənistan həm birbaşa, həm də dolayı yolla etnik təmizləmə siyasətini davam etdirir və azərbaycanlılara qarşı nifrət, etnik zorakılığı qızışdırır, nifrət nitqindən istifadə edir və irqçi təbliğat aparır, o cümlədən bu, ən yüksək hökumət səviyyəsində həyata keçirilir. 

Ermənistanın azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti və praktikasının məqsədi və nəticəsi Konvensiyanın 2, 3, 4. 5, 6 və 7-ci maddələrini pozaraq onların hüquq və əsas azadlıqlarının pozulmasıdır.

Azərbaycan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistanı Konvensiyanı pozduğuna görə məsuliyyətə cəlb etməyi və bununla Azərbaycana və onun xalqına dəymiş ziyanı ödəməyi xahiş edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO