Xəbər verdiyimiz kimi, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, söhbət zamanı Vladimir Putin türkiyəli həmkarına Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il Bəyanatının imzalanmasının ildönümünə həsr olunmuş üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğanla Putin arasında TELEFON SÖHBƏTİ - Bu məsələlər müzakirə edildi
"Danışıqların gedişatında Bakı və İrəvanın regionda sabitliyin təmin edilməsi kontekstində əməkdaşlığa, eləcə də iki dövlət arasında sərhədin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılmasına hazırlığının təsdiqlənməsi vacibdir.
Bundan əlavə, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı praktiki məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının vasitəçilik rolunun vacibliyini qeyd edərək, səylərin gələcək koordinasiyasının, o cümlədən atəşkəs rejiminə və münaqişə zonasında bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya-Türkiyə mərkəzinin imkanlarından istifadə edilməsinin tərəfdarı olduğunu bildirib", - deyə Kremlin telefon söhbəti ilə bağlı məlumatında deyilir.
Bizim.Media