Paşinyan Soçiyə getdi – ONU HANSI SÜRPRİZ GÖZLƏYİR?

Paşinyan Soçiyə getdi – ONU HANSI SÜRPRİZ GÖZLƏYİR?

Hazırda oxunan: Paşinyan Soçiyə getdi – ONU HANSI SÜRPRİZ GÖZLƏYİR?

47773

Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü Rusiya Federasiyasına işgüzar səfərə gedib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Soçidə baş nazir Nikol Paşinyanın, Rusiya prezidenti Vladimir Putinin və Azərbaycan prezidenti İlham Əliyevin üçtərəfli görüşü planlaşdırılır.

Nikol Paşinyanın Vladimir Putinlə də ikitərəfli görüşü olacaq.

Xatırladaq ki, bu gün Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tutacaq. Bu, Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasının ildönümünə təsadüf edəcək. Putin, Paşinyan və Əliyev 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli sazişlərin icrasını nəzərdən keçirəcək, regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımları müəyyən edəcək.

Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına xüsusi diqqət yetiriləcək.

Ümumi yığıncaqdan əlavə, Putinlə Ermənistanın baş naziri və Azərbaycan prezidenti arasında ayrıca danışıqlar da nəzərdə tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO