Karin Tonoyanın “5165” partiyası baş nazir Nikol Paşinyandan sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı Azərbaycanla təklif olunan sənədin məzmununu təqdim etməyi tələb edir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Sputnik Armenia” nəşrində yer alıb.
"Bu sənədin məzmunu gizli saxlanılır, lakin həyati əhəmiyyətli ərazilərin, strateji yolların və yüksəkliklərin düşmənə veriləcəyinə, “Artsax”ın Azərbaycanın bir hissəsi kimi tanınacağına əsaslı şübhələr var. Bizim narahatlığımız artır, təşəbbüslər bu sənədin açıqlanmasına yönəlib”, - bəyanatda deyilir.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Qarabağa görə yenə Putinə zəng etdi
“Ermənistan Konstitusiyasına görə, respublikanın ərazisinin dəyişdirilməsi məsələsi yalnız referendumla həll edilir. Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınacaq, Ermənistan Respublikası üçün bu, qəbuledilməzdir”, deyə partiya qeyd edib.
“5165” baş nazirdən sənədin məzmununu təqdim etməyi, Ermənistan parlamenti və prezidentindən isə öz səlahiyyətləri çərçivəsində bu məsələni qaldırmağı tələb edir.
Bazar ertəsi, noyabrın 22-də saat 14:00-da partiya Respublika meydanında hökumət binası qarşısında mitinq keçirəcək və hər kəsi “ümumi iş ətrafında birləşməyə” çağırır.
Xatırladaq ki, bir müddət əvvəl baş nazir Nikol Paşinyan Rusiyanın iştirakı ilə sərhədlərin delimitasiyası üzrə aparılan danışıqları açıqlamışdı. Eyni zamanda, o, hazırlanan sənəddən söz açmayıb.
Bizim.Media