İranda jurnalistə ölüm hökmü - Ali Məhkmə təsdiqlədi - FOTO

İranda jurnalistə ölüm hökmü - Ali Məhkmə təsdiqlədi - FOTO

Hazırda oxunan: İranda jurnalistə ölüm hökmü - Ali Məhkmə təsdiqlədi - FOTO

4678

İran Ali Məhkəməsi "Amadnews" saytı və "Telegram" kanalının rəhbəri, jurnalist Ruhullah Zəmə çıxarılan ölüm hökmünü təsdiqləyib.

Bizim.Media İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayıli bildirib.

O, İran Ali Məhkəməsi bir ay əvvəl Ruhullah Zəmin işinə baxaraq inqilab məhkəməsinin onun barəsində çıxardığı edam hökmünü təsdiqlədiyini bildirib.

Qeyd edək ki, Qulamhüseyn İsmayılı beş ay əvvəl mediaya açıqlamasında Ruhullah Zəmin Tehran İnqilab Məhkəməsi tərəfindən “yer üzündə fəsad törətməkdə”, “İsrailə və Fransaya casusluq etməkdə” günahlandırılaraq edama məhkum edildiyini, lakin hökmün qəti olmadığını və müttəhimin kassasiya şikayəti verə biləcəyini demişdi.

Ruhullah Zəm isə ona qarşı irəli sürülən “İsrailə və Fransaya casusluq” ittihamını kəskin rədd edərək, yalnız jurnalist olduğunu və media sahəsində apardığı fəaliyyətində sadəcə olaraq öz peşə borcunu yerinə yetirdiyini bildirib.

Xatırladaq ki, Fransa da mühacirətdə yaşayan və İran rejiminə qarşı ifşaedici məlumatlar yayan Ruhullah Zəm 2019-cu ilin oktyabr ayının 14-də "Sepah" terror təşkilatı tərəfindən İraqda həbs edilərək İrana gətirilib. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO