Putindən Azərbaycan xüsusi xidmət orqanlarına ÇAĞIRIŞ 

Putindən Azərbaycan xüsusi xidmət orqanlarına ÇAĞIRIŞ 

Hazırda oxunan: Putindən Azərbaycan xüsusi xidmət orqanlarına ÇAĞIRIŞ 

41432

Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüş keçirib. 

Bizim.Media xəbər verir ki, Rusiya lideri çıxışında MDB məkanını yeni təhdidlərdən qorumaq üçün MDB-yə üzv dövlətlərinin kəşfiyyat xidmətlərinin potensialından istifadə etməyə çağırıb: 

"Rəhbərlik etdiyiniz xidmətlər və şöbələr ciddi əməliyyat, texniki və kadr potensialına malikdir və bu gün dövlətlərimizi, bütün Birliyi daxili və xarici təhdidlərdən etibarlı şəkildə qorumaq üçün bu güclü potensialdan maksimum istifadə etmək vacibdir”. 
 

MÖVZU İLƏ BAĞLI:

Putin Azərbaycan tarixini təhrif etdi – Bəs rus tarixçisi NƏ DEYİR?


Rusiyanın dövlət başçısı qarşıda duran əsas məqsədin hər şeydən əvvəl beynəlxalq terrorizm və ekstremizm, transmilli cinayətkar qruplar, qanunsuz silah alveri, kibercinayətkarlıq və narkotik ticarəti, qaçaqmalçılıq və qanunsuz miqrasiya ilə mübarizə aparmaq olduğunu diqqətə çatdırıb: 

"Bu vəzifələrin həyata keçirilməsində bütün əsas sahələrdə əlaqələndirilmiş, sistemli işlər, daimi məlumat mübadiləsi və birgə əməliyyatlara böyük tələbat var". 

Xatırladaq ki, görüşdə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO