NATO-nun iclasında Pompeo və Çavuşoğlu arasında mübahisə yaşandı

NATO-nun iclasında Pompeo və Çavuşoğlu arasında mübahisə yaşandı

Hazırda oxunan: NATO-nun iclasında Pompeo və Çavuşoğlu arasında mübahisə yaşandı

4133

NATO ölkələrinin xarici işlər nazirlərinin (XİN) toplantısında ABŞ Dövlət Katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında mübahisə yaşanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin diplomatik mənbələrində məlumat verilib.

Məlumata görə, iclasda M.Pompeo Türkiyəni S-400 hava sistemini almaqla bağlı tənqid edib. M.Çavuşoğlu isə onun bütün tənqidi ifadələrini cavablandırıb.

Bildirib ki, havadan müdafiə sistemi mövzusunda müttəfiqləri Türkiyəyə dəstək vermədikləri üçün ölkəsi S-400 almaq məcburiyyətində qalıb:

“Tramp belə bu məsələdə Türkiyəyə haqq verdi”.

Suriya ilə bağlı aralarında yaranan mübahisədə isə M.Cavuşoğlu “Suriyada terror təşkilatlarını dəstəkləyirsiniz, bunu yüksək hərbi dairələriniz belə etiraf edir”, - deyə M.Pompeoya cavab verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO