“Telegram kanalları Paşinyan üçün əsl baş ağrısına çevrilib” – “Past” qəzeti səbəbini açıqladı

“Telegram kanalları Paşinyan üçün əsl baş ağrısına çevrilib” – “Past” qəzeti səbəbini açıqladı

Hazırda oxunan: “Telegram kanalları Paşinyan üçün əsl baş ağrısına çevrilib” – “Past” qəzeti səbəbini açıqladı

41248

Ermənistanda informasiya axınından bu qədər qorxan və ona qarşı mübarizə aparan belə hökumət olmayıb.

Bizim.Media xəbər verir ki, bu fikirlər “Past” qəzetində yer alıb.

Mənbə yazır ki, indiki hakimiyyət təkcə xarici xəbərlərə deyil, həm də daxili informasiya axınının da əleyhinədir.

“Son zamanlar erməni cəmiyyəti alternativ məlumat mənbəyi olaraq Telegram kanallarından fəal şəkildə istifadə etməyə başladı. Və nəticədə bu, Paşinyan hakimiyyəti üçün əsl başağrısına çevrildi. 

Mənbələrimizə görə, səlahiyyətlilər məşhur Telegram kanallarına nəzarət etmək variantları üzərində düşünürlər. Problem ondadır ki, son vaxtlar siyasi diskussiya və tənqid meydanı Facebook sosial şəbəkəsindən Telegram-a keçib. Çünki Telegram kanalları, bir qayda olaraq, Facebook səhifələri kimi bloklana bilmir.

Feyk sənaye hələ də Facebook-da tam fəaliyyət göstərdiyi üçün bu vəziyyət səlahiyyətliləri çox narahat edir.

Əslində, Telegram-ın ölkədə fəaliyyətini qadağan edə bilməzlər, buna görə də Ermənistan hakimiyyəti bir dilemma ilə üzləşib: ya mövcud vəziyyətə dözmək, onunla hesablaşmaq, ya da problemin həlli üçün kəskin "kobud" tədbirlər görmək. Ancaq yenə də ağlabatan bir şey ortaya qoya bilməyiblər.

Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, mütəxəssislər vaxtlarını boşa xərclədiklərini dəfələrlə hakimiyyətin yüksək təbəqələrinə çatdırıblar”, - qəzet vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO