Avropa Parlamentinin deputatı gecə klubunda yaxalandı

Avropa Parlamentinin deputatı gecə klubunda yaxalandı

Hazırda oxunan: Avropa Parlamentinin deputatı gecə klubunda yaxalandı

4012

Brüssel polisi Belçikanın koronavirusla təcridetmə tədbirlərini pozan barın zirzəmisində təşkil edilən gecə əyləncəsinin qarşısını alıb.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, gecə klubunda karantin qaydalarına tabe olmayan Avropa Parlamentinin üzvü və bir neçə diplomat da olub.

Prokurorluğun verdiyi məlumata görə, yığıncağa 25 nəfər qatılıb. Polis əraziyə  gələndə barda olan Avropa Parlamentinin deputatı qaçmağa cəhd göstərib, lakin buna müvəffəq olmayıb. O, saxlanaraq dindirilib.

Qanunu pozanların şəxsiyyəti barədə məlumat verilmir. Bütün bu şəxslərin koronavirusla mübarizə tədbirlərini pozduqları üçün cərimə olunduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO