Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə münasibətdə olan Gürcüstan Ali Radasının "Xalqın xidmətçisi" fraksiyasından deputat Yelizaveta Yasko Ukrayna hakimiyyətini, eləcə də AB və ABŞ-ı Saakaşvilini qorumağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Zelenskidən və Dövlət Departamentindən Saakaşvilinin saxlanılmasına REAKSİYA
"Öz dövləti uğrunda sevgi və mübarizə nəcib bir işdir! Və onun mübarizəsini dəstəkləyirəm. ... Mən müraciət edirəm: Ukrayna Xarici İşlər Nazirliyinə, Ukrayna Prezidentinin ofisinə, Ukraynanın Gürcüstandakı Səfirliyinə, Vladimir Zelenskiyə (Ukrayna Prezidenti .), Denis Şmıqala (Ukrayna Baş naziri), Dmitri Kulebaya (Ukraynanın Xarici İşlər Naziri)”. Yasko Facebook -da belə yazıb və əlavə edib ki, Mixail Saakaşvili Ukrayna vətəndaşıdır və biz vətəndaşlarımızı qorumalıyıq!
O, ABŞ və AB-yə müraciət ünvanlayıb, digər təşkilat və qurumların da adlarını çəkib:
“Ukraynanın BMT-də və Avropa Şurasında daimi nümayəndəliklərinə, ABŞ-ın Ukrayna və Gürcüstandakı səfirliklərinə, Ukraynanın və Gürcüstanın AB-dəki missiyasına və bir çox başqalarına”.
Bizim.Media