Zəngəzur dəhlizinin bölgə üçün vacibliyi Ərdoğanla Putinin MÜZAKİRƏSİNDƏ

Zəngəzur dəhlizinin bölgə üçün vacibliyi Ərdoğanla Putinin MÜZAKİRƏSİNDƏ

Hazırda oxunan: Zəngəzur dəhlizinin bölgə üçün vacibliyi Ərdoğanla Putinin MÜZAKİRƏSİNDƏ

39599

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Soçidə Rusiya prezidenti Vladimir Putinlə danışıqları başa vurub ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərlə söhbətləşib. Ərdoğan söhbətin məzmununa dair bəzi məqamları açıqlayıb.

Bizim.Media xəbər verir ki, danışıqlar məhsulda rolub. Ərdoğanın sözlərinə görə, danışıqlarda başlıca mövzulardan biri Azərbaycanın Qarabağ olub.

"Rusiya Prezidenti Vladimir Putinlə görüşümüzün əsas mövzusu regional məsələlər oldu. Qarabağ məsələsini geniş şəkildə müzakirə etdik. Birgə atılması mümkün olan addımlar barədə səmimi fikir mübadiləsi apardıq",- Ərdoğan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Putinlə Zəngəzur dəhlizinin açılmasını razılaşdırıb? – Soçi görüşünün PƏRDƏARXASI


Türkiyə prezidenti görüşdə Zəngəzur dəhlizinin açılmasının vacibliyi haqda da danışıldığını deyib. 
 
"Zəngəzur dəhlizi bütün bölgə üçün vacib imkan yaradacaq. Orada çəkiləcək avtomobil və dəmir yol xətti bütün bölgə ölkələri üçün iqtisadi-ticari imkanlar açacaq. Azərbaycan bu dəhliz üçün çox geniş işlər görür. Təbii ki, Ermənistan tərəfinin bu dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”, – Ərdoğan qeyd edib.

Peskovun sözlərinə görə, tərəflər Qarabağ nizamlanmasına da toxunublar. Rusiya tərəfi qeyd edib ki, tərəflər sərhədlərin delimitasiyasına və nəqliyyat infrastrukturunun inkişafına dair kompromis həllər axtarmalıdır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO