Ərdoğan Putinlə Zəngəzur dəhlizinin açılmasını razılaşdırıb? – Soçi görüşünün PƏRDƏARXASI

Hazırda oxunan: Ərdoğan Putinlə Zəngəzur dəhlizinin açılmasını razılaşdırıb? – Soçi görüşünün PƏRDƏARXASI

39510

Türkiyə və Rusiya liderlərinin Soçi görüşünün pərdəarxası məqamları haqqında elə də çox məlumat açıqlanmır.

Buna baxmayaraq sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli düşünür ki, ƏrdoğanPutin Qarabağla, ümumilikdə Cənubi Qafqazla bağlı müzakirələrdə bir sıra məsələlərə toxunublar.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Soçi görüşünə hansı təkliflə gəlir? - Oleq Kuznetsovdan ÖZƏL AÇIQLAMA 


Onlardan birincisi isə Zəngəzur koriorudur:

“Müzakirə olunan məsələlərdən biri Mehri dəhlizidir. İdeyanı hamıdan çox Rusiya irəli sürürdü, amma son zamanlar Kremlin özü də bu məsələyə soyuq yanaşırdı. Lakin Türkiyə və Azərbaycan koridor mövzusunda birmənalı mövqe nümayiş etdirirlər” deyən Qabil Hüseynli qeyd etdi ki, Ankara ilə Bakı Zəngəzur dəhlizinin açılmasını ciddi şəkildə tələb edir.

Bizim.Media-ya özəl açıqlama verən politoloqun fikrincə, belə bir fikir də var idi ki, əgər ermənilər buna dinc yolla razılıq verməsələr, Azərbaycan və Türkiyə dəhlizi güc yolu ilə açmağa çalışacaq:

“Amma mən əminəm ki, Ərdoğan Rusiya ilə birlikdə özündə dəmiryol və avtomobil şosselərini birləşdirən sözügedən dəhlizin açılması ilə bağlı razılığa gəliblər. Məncə, Rusiya Ermənistana təsir göstərsə, həmin yolun açılmasında səylərini artırsa, son nəticəyə (koridorun açılmasına) nail olmaq mümkün olacaq”.

Ermənistana şərt: Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır

Qabil Hüseynli ehtimal edir ki, danışıqlar prosesində sərhədlərin dəqiqləşdirilməsi məsələsi də yer alıb:

“Həm sərhədlərin dəqiqləşdirilməsi, Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması məsələsi də gündəlikdə olub. Hətta Paşinyanın onunla görüşmək üçün Qaribaşviliyə müraciət etməsi də maraqlıdır. Türkiyənin məsələ bağlı mətbuata açıqlaması daha çox diqqət çəkir: “Biz görüşə hazırıq, ancaq görüşədək İrəvan müəyyən məsələləri reallaşdırmalıdır”. 
 

Burada söhbət Azərbaycanın ərazi bütövlüyünün tanınmasından və Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasının başa çatdırılmasından gedir.


Zənnimcə, Ərdoğanla Putin bununla bağlı da fikir alış-verişi ediblər. Rusiya bu mövzuda müəyyən növbətçi, yəni, deklorativ xarakter daşıyan fikirlərdən istifadə edir. Lakin hər halda bu məsələdə də Moskvanın razılığı alınıb. Bu da Türkiyəyə əlində bir fakt kimi lazımdır. Bundan sonra Ankara danışıqlara təsir etmək “rıçaq”larından istifadə edəcək”. 

Ərdoğanın Soçi, Qaribaşvilinin Bakı səfərinin görünməyən tərəfləri...

Politoloq Cənubi Qafqazdakı gələcək əməkdaşlıq platformaları barədə də söz açdı:

“Yəqin ki, bölgədə 4-lü, 5-li və yaxud 6-lıq əməkdaşlıq platformasının yaradılması da müzakirə olunub. Mənə elə gəlir ki, tərəflər arasında bu məsələdə də razılıq var. Söhbət Türkiyə, Ermənistan, Azərbaycan, Rusiya və İranın bölgədəki məsələlərin həllində birgə platformadan çıxış etmələrinə həsr edilib.
 

Gürcüstan bu beşliyə daxil olub altılıq ittifaqının yaradılmasını istəmir. Tbilisi əlahiddə olaraq özü Ermənistanla Azərbaycan arasında vasitəçilik səylərini göstərə biləcəyini dəfələrlə nümayiş etdirir.


Dünən isə Gürcüstanın baş naziri Qaribaşvili Azərbaycana gəldi və Prezident İlham Əliyevlə işçi görüşünü keçirib.

Görünür Qaribaşvili Azərbaycan Prezidenti ilə görüşə çox mühüm təkliflərlə gəlib. Bu da Ermənistandan müəyyən təkliflərin Gürcüstanın baş nazirinə ötürüldüyünü və onun da təcili olaraq Bakıya gəlib cənab İlham Əliyevlə görüşdüyünün şahidi olduq. Bu da hansısa proseslərin başladığı deməkdir. Üstəlik, Ərdoğanın Soçi səfəri də bu məsələlərə sözsüz ki, müəyyən qatqılar, təkliflər gətirəcəkdir. Bölgə ilə bağlı müsbət nəticələrin şahidi olmaqdayıq”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO