Türkiyə mətbuatı Azərbaycan əsilli Əli Qurbanovun ailəsinin çətin vəziyyətdə qaldığından yazıb.
Bizim.Media xəbər verir ki, Kerfyaz şəhərində yaşayan Əli Qurbanov Çindən qaçan Məhəbbət adlı uyğur qızla evlənib. Cütlüyün Hamza adlı bir yaşlı oğlu var.
Uşaq fiziki qüsurlu doğulub və xəstəxanadan çıxanda ailədən 22 min lirə istənilib.
Əli Qurbanov hesabını ödəyə bilməyib və tezliklə ailəni başqa bir bəla bürüyüb - kişi koronavirusdan xəstələnib.
Əli Qurbanov müalicəsi üçün 15 min lirənin ödənilməsini tələb edən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
O, məbləği ödəyə bilməyib, bu səbəbdən müalicəni tamamlamadan evə çıxıb.
Azərbaycanlı 6 aydır yataqdan qalxa bilmir və hər gün vəziyyəti pisləşir. Sığortanın olmaması və böyük borcun olması səbəbindən onu xəstəxanalara yerləşdirməkdən imtina edirlər.
Qurbanovun ailəsi yalnız qonşuların köməyi sayəsində sağ qalır.
"Günlərlə ac qalırıq. Qonşuların köməyi olmasaydı, çoxdan aclıqdan ölərdik”. Məhəbbət yerli jurnalistlərə belə deyib.
Bizim.Media
- A-
- A
- A+
Region
08:38 / 23.09.2021
Azərbaycanlı Əlinin və uyğur qızı Məhəbbətin FACİƏSİ
Hazırda oxunan: Azərbaycanlı Əlinin və uyğur qızı Məhəbbətin FACİƏSİ
Hazırda oxunan: Azərbaycanlı Əlinin və uyğur qızı Məhəbbətin FACİƏSİ
38267
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.