Siyavuş Novruzov da məhkəmə ilə hədələdi: “Cavab verəcəklər”

Siyavuş Novruzov da məhkəmə ilə hədələdi: “Cavab verəcəklər”

Hazırda oxunan: Siyavuş Novruzov da məhkəmə ilə hədələdi: “Cavab verəcəklər”

37292

“Təəssüf hissi və hiddətlə bildirirəm ki, sosial şəbəkələrdəki bəzi səhifələrdə mənim adımdan həqiqətə uyğun olmayan - reallığı əks etdirməyən sözlər yayılır. İddia olunur ki, guya mən "benzin və çörək" barədə hər hansı ifadələr səsləndirmişəm.

Qətiyyətlə bildirirəm ki, heç bir jurnalist mənə bu barədə sual ünvanlamayıb və təbii ki, mən heç bir fikir bildirməmişəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov özünün sosial şəbəkə hesabında yazıb. Onun fikrinin davamı belədir:
 

MÖVZU İLƏ BAĞLI:

Siyavuş Novruzov DİN-i məhkəməyə verdi - Qanundan xəbərləri yoxdur


“Dezinformasiya yaymaqla populyarlıq qazanmağa çalışan həmin sosial şəbəkə səhifələrinin bu cür ikrah doğuran hərəkətləri məsuliyyətsizlik, ləyaqətsizlik və əxlaqsızlıqdır. Bu, eyni zamanda, hüquqi məsuliyyət doğurur.

Bundan əvvəl etdiyim xəbərdarlığa məhəl qoyulmamasını nəzərə alaraq, birmənalı şəkildə bildirirəm ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edəcəm.

Bu cür çirkin metodlardan və ucuz vasitələrdən istifadə edənlər öz əxlaqsız əməllərinə görə qanun qarşısında cavab verəcəklər”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO