“Paşinyan Ermənistanı ikinci kapitulyasiyaya hazırlayır”.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin keçmiş müavini, Ermənistan Respublika Partiyasının üzvü Artak Zakaryan öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Paşinyan ictimaiyyətin diqqətini daha vacib problemlərdən yayındıran manevrlərdən çox ustalıqla istifadə edir.
MÖVZU İLƏ BAĞLI:
Paşinyandan ETİRAF: “Ən vacib məsələ Azərbaycanla müzakirələrə başlamaqdır”
"Yeni həbslərə, qalmaqallara və Paşinyanın söylədiyi son cəfəngiyatlara qapılmış bir cəmiyyət bir gün oyananda sevimli Nikollarının Ermənistanı ikinci dəfə təslim edilməsinə imza atdığını görəcək. Tezliklə bizim icazəmiz olmadan türklərin Ermənistanın yollarında rahat şütüdüklərini görəcəksiniz.
Onlar dəmir yolu, asfalt çəkəcəklər, yollara türkcə işarələr qoyacaq, yaşayış məntəqələrinin adlarını dəyişdirəcəklər”, - deyə o, qeyd edib.
Sonda Zakaryan bildirib ki, tezliklə Ermənistan daxilində, yolların bəzi hissələrində azərbaycanlılar tərəfindən postlar qurulacaq. Onlar erməni sürücülərinin avtomobilin baqajlarını və sənədlərini yoxlayacaqlar.
Vüsalə Balayeva, Bizim.Media