Paşinyanın yerinə namizəd axtarılır

Paşinyanın yerinə namizəd axtarılır

Hazırda oxunan: Paşinyanın yerinə namizəd axtarılır

3367

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən 17 partiyanın nümayəndəsi yeni namizəd irəli sürmək məsələsində Rusiya elitası ilə fəal şəkildə işləyir.

BizimMedia-nın məlumatına görə  bu barədə “Joxovurd” nəşri yazıb.

Bildirilib ki, 17 partiya üç namizədin - Vazgen Manukyan, Artur Vanetsyan və Qrant Baqratyanın adlarını müzakirə edib.

"Strateji ortağımız göstərilən namizədlərdən Vazgen Manukyana üstünlük verdi. Bununla yanaşı, Vazgen Manukyan bu yaxınlarda namizədliyi məsələsini müzakirə etmək üçün Moskvaya gedib. Lakin bu, gələcəkdə onun Ermənistanın baş naziri olacağı demək deyil.

Yalnız müvəqqəti hökumətin başçısı olacaq və bu, ölkənin yaxın aylarda heç bir sarsıntı olmadan idarə olunacağına, eləcə də azad və ədalətli seçkilərə zəmanət verməlidir. Yəni Manukyan qısa müddətli hökumətin başçısı olacaq. Vazgen Manukyan isə bu mövzuda danışmaqdan imtina edib”, - deyə nəşr yazıb.

BizimMedia

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO