“Ermənistan hakimiyyəti bütün Qarabağ məsələlərindən yayınır” - Erməni deputatın ETİRAFI

“Ermənistan hakimiyyəti bütün Qarabağ məsələlərindən yayınır” - Erməni deputatın ETİRAFI

Hazırda oxunan: “Ermənistan hakimiyyəti bütün Qarabağ məsələlərindən yayınır” - Erməni deputatın ETİRAFI

31887

“Ermənistanın indiki hakimiyyəti Qarabağın bütün məsələlərində bitərəf qalıb. Bu yanaşma müvafiq komissiyanın yaradılması ilə bağlı səsvermə zamanı da göstərildi”.

Bizim.Media xəbər verir ki, bunu parlamentin "Ermənistan" fraksiyasının deputatı Aram Vardevanyan jurnalistlərə müsahibəsində deyib.

O xatırladıb ki, oktyabrdan bəri Ermənistanın ən yüksək vəzifəli şəxsləri Qarabağa səfər etməyiblər.

İndi vəziyyət dəyişib, insanlar evlərini itiriblər, bir çox problem var, amma hakimiyyət bütün bu suallardan yayınır.

Vardevanyan qeyd edib ki, "Ermənistan" bloku müharibənin şərtlərini öyrənmək üçün yaradılan Müdafiə və Təhlükəsizlik daimi Komissiyasının rəhbərliyini müxalifətə vermək tələbini açıq şəkildə təqdim edib.

"Belə bir qərar verməyə heç bir maneə yox idi, amma nələrsə baş verdi. "Ermənistan" bloku hakimiyyət orqanları ilə heç bir müzakirəyə girmədi və hadisələrin belə inkişafı proqnozlaşdırılan idi", deyə deputat əlavə edib.

Onun sözlərinə görə, müxalif deputatlara parlamentdə çıxışı zamanı ikili standartlar tətbiq olunur. 

"Mənim və ya həmkarlarımın çıxışları zamanı zalda səs-küy olur, hakim partiyanın nümayəndəsi danışanda ətrafa sükut çökür”. Aram Vardevanyan fikrini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO