COVİD Gürcüstanı cənginə alıb – Qonşu ölkədə YOLUXMA ANTİREKORDU

COVİD Gürcüstanı cənginə alıb – Qonşu ölkədə YOLUXMA ANTİREKORDU

Hazırda oxunan: COVİD Gürcüstanı cənginə alıb – Qonşu ölkədə YOLUXMA ANTİREKORDU

31058

Gürcüstanda son sutkalarda koronavirusa yoluxanları sayı 4 min 827-yə qalxıb. 34 nəfər ölüb.

Bizim.Media “StopCov”a istinadən xəbər verir ki, pandemiya başlayandan bu yana Gürcüstanda 428 min 670 yoluxma qeydə alınıb.

Son 24 saatda 1895 nəfər sağalıb. Pandemiya start götürəndən bəri isə yoluxub sağalmışların sayı 388 min 893-dür. İndiyədək Gürcüstanda COVİD-dən 5 min 910 adam ölüb. Sutka ərzində 43 min 932 koronavirus testi edilib, 28 min 674 nəfərdə isə antigen (antitel) yoxlanılıb. 523 min 466 nəfər peyvəndlənib(2020-сi ilin statistikasına görə Gürcüstan əhalisinin sayı 3 milyon 716 min 858 nəfərdir). 

55 nəfər karantində saxlanılır, 6 min 45 insan isə stasionarlardadır. 2 min 173 Gürcüstan vətəndaşı COVİD-mehmanxalarda saxlanılır. 

Xatırladaq ki, Gürcüstanda ilk koronavirus yoluxması 2020-ci ilin 26 fevral tarixində qeydə alınıb. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO