Gürcüstan parlamentinin keçmiş deputatı

Gürcüstan parlamentinin keçmiş deputatı "VMH" partiyasından istefa verdi

Hazırda oxunan: Gürcüstan parlamentinin keçmiş deputatı "VMH" partiyasından istefa verdi

30987

Gürcüstan parlamentinin keçmiş deputatı Azər Süleymanov, "Vahid Milli Hərakat" partiyasını tərk edib.

Bizim.Media xəbər verir ki, A. Süleymanov bu barədə şəxsi sosial hesabında açıqlama verib.

Azər Süleymanovun açıqlamasını olduğu kimi sizə təqdim edirik:

“Əziz həmvətənlilərim!

İllərdir ki, hər çətin vəziyyətdə mənimlə birgə oldunuz, heç bir vaxt dəstəyinizi əsirgəmədiniz. Hər zaman qürur və iftixar mənbəyim oldunuz. Bunun üçün hər birinizə dərin minnətdarlığımı bildirirəm! Ola bilsin bu illər ərzində sizlərə qarşı hansısa səhf bir addımım olub, buna görə sizlərdən üzr istəyirəm.

Mənim üçün asan olmasa da mən bu gün çox çətin bir qərar verməli oluram. İllərdir siyasi yolda birlikdə olduğum Vahid Milli Hərəkat partiyasını tərk edirəm. Bundan sonra siyasi fəaliyyətimi müvəqqəti olaraq dayandırıram.

Bu qərarın səbəbi partiyada olan bəzi insanların bizim xidmətlərimizi və siz seçicilərin fikirlərini layiqli şəkildə dəyərləndirməmək oldu. Son bir ildə baş verən hadisələr bunun bariz nümunəsidir.

Mənim partiyada olan çoxlu sayda dostlarıma olan hörmətim naminə bəzi detalları açıqlamaq istəmirəm. Düşünürəm ki, bütün bunlara rəğmən VMH partiyasında öz fəaliyyətimi davam etdirməyim sizlərə qarşı haqsızlıq olar. Hər birinizə təşəkkür edirəm!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO