\

\"Azərbaycan yeni fransız dilli bir elit hazırlayır\"” – Erməni jurnalist

Hazırda oxunan: \"Azərbaycan yeni fransız dilli bir elit hazırlayır\"” – Erməni jurnalist

29907

“Fransada yaşayan ermənilər Azərbaycan təşkilatlarının Fransada fəaliyyətə başlamasından narazıdırlar”.  

Bizim.Media xəbər verir ki, bunu Fransız-erməni jurnalist Tigran Yekavyan “Sputnik Ermənistan”a verdiyi müsahibəsində "Bakının Normandiyada bir neçə kilsənin bərpası üçün vəsait ayırdığını" bildirib.

"Azərbaycan yeni fransız dilli bir elit hazırlayır, şagirdlərini Fransaya göndərir və Bakıda fransız dili təhsilini genişləndirir. Artıq bir Fransız universiteti var, bir lisey yaratmağı planlaşdırır", deyə Yekavyan Azərbaycanın fəaliyyəti ilə bağlı narahatlığını dilə gətirib. 

Jurnalist qeyd edir ki, Fransadakı ermənilər tanınır və onlara hörmət edilir, media daim Qarabağ məsələsini işıqlandırır. Yekavyan vurğulayır ki, Azərbaycan tərəfi Fransada mövqeyini soldan sağa doğru bütün qüvvə ilə çatdırmağa çalışır.  

Fransadakı ermənipərəst siyasi qüvvələrdən (sağçılar və mühafizəkarlar, kommunistlər) danışan Yekavyan onlarla "fərqli iş" aparıldığını bildirib. 

Jurnalist "Ermənistanın dostları" arasında Fransada yaşayan assuriyalıların və yunanların adını çəkib: "Fransa yəhudi icması ilə demək olar ki, heç bir iş görülməyib”. 

Erməni jurnalist iddia edir ki, Fransanın solçu partiyaları və mediası artıq Azərbaycanın mövqeyindən çıxış edirlər. 

"Bizim zəif tərəfimiz rəsmi İrəvanın diaspor ilə Ermənistan-Fransa münasibətlərində bir gündəliyin olmamasıdır. Türk və Azərbaycan icmaları belə bir gündəliyə sahibdirlər. Onlara necə cavab verəcəyik? Fransa-Türkiyə və Fransa-Azərbaycan münasibətləri ilk növbədə işgüzar əlaqələrə və investisiyalara, Ermənistanla Fransa arasındakı dostluq isə daha çox duyğulara söykənir”, deyə Yekavyan fikirlərini yekunlaşdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO