Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin gələcəyi ilə bağlı 15 maddədən ibarət yol xəritəsi təqdim edib. O hökumətin tərkibində dəyişikliklərə təşəbbüs göstərəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Paşinyan bu barədə öz facebook hesabında paylaşım edib.
Paşinyan mövcud vəziyyətdə özünü əsas cavabdeh saydığını qeyd edib:
“Bununla yanaşı, ölkədə sabitlik və təhlükəsizliyin yaradılması üçün məsuliyyət daşıyıram".
"Bu səbəbdən icrası üçün hökumət tərkibində dəyişikliklər edilməsi barədə təşəbbüs başlatdığım bir yol xəritəsini təqdim edirəm”.
Paşinyanın təkliflərində ölkənin silahlı qüvvələrində islahatlar, koronavirusdan sonra iqtisadiyyatın bərpası, seçki sisteminin islahatı və korrupsiyaya qarşı mübarizə üzrə hakimlər institutunun tətbiqi yer alıb.
Həmçinin proqrama ölən hərbçilərin ailələri və vətəndaşlar üçün sosial təminatların təmin edilməsi və müharibədə iştirak etmiş insanların və cəmiyyətin psixoloji reabilitasiya sisteminin formalaşdırılması da daxil edilib.
“Bu yol xəritəsini həyata keçirmək üçün hökumətdə dəyişikliklər edirəm”,- deyə Paşinyan əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:56 / 18.11.2020
Paşinyan hökumətin tərkibini dəyişəcəyini açıqladı
Hazırda oxunan: Paşinyan hökumətin tərkibini dəyişəcəyini açıqladı
Hazırda oxunan: Paşinyan hökumətin tərkibini dəyişəcəyini açıqladı
2945
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.