"Kiprli qardaşlarımız onları aldadanların yalan və saxta vədlərinə inanmır. Kiprli türklərin tək tələbi suveren dövlət statusunun tanınmasıdır. Yunanıstan və kiprli yunanların verdikləri sözləri pozmalarından sonra, onları müdafiə edənlərin deyəcəkləri bir şey qalmayıb”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Kipr Türk Dövlətinin tanınması üçün fəaliyyətə başladıqlarını bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Kipr parlamentindən yeni müjdəm olacaq” - Ərdoğan
"1963-cü ildən bu yana Kipr türklərinə qarşı haqsızlıq, hüquqsuzluq edən yunanlardır. BMT tərəfindən başladılan Annan Planı daxil olmaqla bütün cəhdlərə “xeyr” deyən yunanlardır.
Masadan qaçan yenə də yunanlardır. Adanın zənginlik və imkanlarını sadəcə özlərinə istəyən yenə də yunanlardır. Artıq bizim bu mənasız prosesi davam etdirməyə bir səbəbimiz qalmayıb.
Artıq bizim üçün Şimali Kipr-Cənubi Kipr deyə bir olay qalmayıb. Kiprli türk qardaşlarımızı qərarlı gördüm. Kipr Türk Dövlətinin geniş bir şəkildə tanınması üçün hər cür səy göstərəcəyik", deyə Ərdoğan vurğulayıb.
Bizim.Media