Ermənistan Xarici İşlər Nazirliyində daha bir qalmaqal yaranır.
Bizim.Media xəbər verir ki, bu barədə yerli "Qraparak" qəzeti yazıb.
“1 iyul tarixinə qədər uçmalı olan 10-a yaxın diplomatın gedişinin təxirə salındığı bildirilir. Keçmiş xarici işlər naziri Ara Ayvazyan onları müxtəlif ölkələrdə fəaliyyət göstərən səfirliklərdə və diplomatik nümayəndəliklərdə işləmək üçün təyin edib.
MÖVZU İLƏ BAĞLI:
Mina xəritələrini Ara Ayvazyan gizlədirmiş - MƏQSƏD NƏDİR?
Həmin şəxslər ailələri ilə birlikdə getməyə hazırlaşıblar: bilet alıb buradakı mənzillərini kirayəyə veriblər, təyinat yerlərində mənzil kirayəyə götürüblər, məktəblərdən uşaqlarının sənədlərini alıblar. Hökumət isə təxminən 40 nəfərə “dur” deyib.
Problem, əlbəttə ki, onlarda deyil, hakimiyyətin onları təyin edən Ara Ayvazyana qarşı mənfi münasibətindədir.
O qədər qeyri-müəyyənlikdir ki, dövlət büdcəsindən xərclənən pula da peşman olmurlar.
Xarici İşlər Nazirliyi bu cür qeyri-dövlət yanaşmasından təəccüblənir və əmrin ləğv olunacağına ümid edir”, deyə qəzet virğulayır.
Bizim.Media