“İnsan İnkişafı Beynəlxalq Mərkəzi” ictimai təşkilatının sədri Tevan Poqosyan Azərbaycanla Ermənistan arasında imzalana biləcək sülh haqda paylaşım edib.
Bizim.Media xəbər verir ki, informasiyanı “panorama.am” saytı yayıb.
“Sülhün fərqli qavrayışları var. Düşmənimiz üçün sülh 1994-cü ildəki sərhədləri olan Ermənistanda bir nəfər də olsun erməninin yaşamayacağı zamandır. Sülh, həmçinin qəbiristanlıqda olur.
MÖVZU İLƏ BAĞLI:
Erməni polkovnikdən ŞOK İDDİA: “Ermənistanın əhalisinin 53 faizi türkdür”
Sülh bizim ölməz və həlak olan qəhrəmanlarımız – əsgər və komandirlərimiz tərəfindən də istənilib. Onlar əllərindən gələn hər şeyi etdilər ki, bizim qələbə çalan sülhümüz olsun. Nə olursa-olsun, biz sülhə nail olmalıyıq.
Yerablurumuzun (erməni hərbçilərinin basdırıldığı məkan), uşaqlarımızın uzunmüddətli təhlükəsizliyi xatirinə.
Elə etməliyik ki, bizim sülhü düşmən öz istədiyi sülhə çevirməsin. Əks halda qəbiristanlıqdakı sülh bizə qismət olacaq”, deyə o, qeyd edib.
P.S. “Nə etsək də, minilliklərin yaratdığı aksiomalara qarşı gedə bilməyəcəyik: sülh istəyirsinizsə, müharibəyə hazırlaş. Ya sülhə zəfərlə nail olacağıq, ya da düşmən bizi sadəcə məzara göməcək və erməni tarixinin son səhifəsini bağlayacaq”.
Bizim.Media