Mina xəritələrini Ara Ayvazyan gizlədirmiş - MƏQSƏD NƏDİR?

Mina xəritələrini Ara Ayvazyan gizlədirmiş - MƏQSƏD NƏDİR?

Hazırda oxunan: Mina xəritələrini Ara Ayvazyan gizlədirmiş - MƏQSƏD NƏDİR?

25827

Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyanı əsirlərin geri qaytarılması prosesini “torpağa gömməkdə” günahlandırıb. 

Bizim.Media xəbər verir ki, bu haqda o, “Azadlıq Radiosu”na verdiyi müsahibəsində bildirib. 

Təhlükəsizlik Şurasının katibi hesab edir ki, Ermənistan Xarici İşlər Naziri həmkarlarına yalan danışıb və Nikol Paşinyanın komandasına qarşı işləyib. 

"27 mayadək əsirlərlə bağlı məsələ həll edilmədi. Ayvazyan tərəfdaşlarımıza onsuz da təhvil verdiyimiz minalanmış sahələrin xəritələrinin olmadığını söylədi. Və istefa edəndə bu məsələ həll edildi", deyə o, qeyd edib. 

Onun sözlərinə görə, Ayvazyan nəinki yalan danışıb, həm də əsirlərin geri qaytarılması prosesini “torpağa gömüb”.  

Qriqoryanın fikrincə, keçmiş nazirin təhlükəsizlik məsələlərini həll etmək istəyi olmayıb və yalnız Baş nazir səlahiyyətlərini icra edən şəxsin siyasi komandası üçün problem yaratmağı hədəfləyib. 

"Sizdə belə sual yaranmır ki, niyə problem uzun müddət həll olunmadı, amma istefa edəndə həll olundu", deyə Qriqoryan vurğulayıb. 

“Səlahiyyətlilər əsirlərin  geri qaytarılması üçün minalanmış ərazi xəritələrini yenə təhvil verəcəkmi?” sualına Qriqoryan “Ermənistan rəhbərliyi istənilən konstruktiv hərəkətə eyni şəkildə cavab verməyə hazırdır” cavabını verib. 

Xatırladaq ki, mayın 27-də nazir Ara Ayvazyan Nikol Paşinyan Azərbaycanla təmas xəttində vəziyyəti sabitləşdirmək planını elan etdikdən sonra istefa verib.

Bundan sonra, erməni mətbuatı Xarici İşlər Nazirliyində gözlənilən kütləvi istefalar haqqında məlumat yayıb. Xarici işlər nazirinin müavinləri də vəzifələrini tərk edib: Qaqik Qalaçyan, Avet Adonts, Artak Apitonyan və Armen Gevondyan. Sonuncunun istefası qəbul edilməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO