“Sərhəddə Azərbaycan hərbçilərinin sayı dəyişməz qalıb” – Erməni general 

“Sərhəddə Azərbaycan hərbçilərinin sayı dəyişməz qalıb” – Erməni general 

Hazırda oxunan: “Sərhəddə Azərbaycan hərbçilərinin sayı dəyişməz qalıb” – Erməni general 

25757

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan çərşənbə axşamı jurnalistlərə açıqlamasında sərhəddə Azərbaycan hərbçilərinin sayının dəyişməz qaldığını söyləyib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “armeniasputnik.am” saytında yer alıb. 

"Azərbaycan hərbçilərinin sayı sərhəddə yenə də eynidir. Bəzən rəqəm tədarük məsələlərinin həllinə görə dəyişir. Ancaq ümumilikdə say az deyil", deyə o, qeyd edib. 

General-leytenant əlavə edib ki, indi bölgədə insidentlər daha azdır, çünki aktiv danışıqlar prosesi gedir, ancaq bütün detallar gizli saxlanılır. 

Onun sözlərinə görə, məsələ danışıqlar yolu ilə həll olunmasa, müvafiq addımlar atılacaq: 

"Ordu məsələni zorla həll etməyə hazırdır, lakin əlavə itkilər arzuolunmaz bir seçimdir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO