Ermənistan seçkilərində kim QALİB gələcək? – Azərbaycanlıların RƏYİ – SİYAHI

Ermənistan seçkilərində kim QALİB gələcək? – Azərbaycanlıların RƏYİ – SİYAHI

Hazırda oxunan: Ermənistan seçkilərində kim QALİB gələcək? – Azərbaycanlıların RƏYİ – SİYAHI

25381

Sosial Tədqiqatlar Mərkəzi sabah Ermənistanda keçirilən seçkilərə Azərbaycan respondentlərinin fikrini öyrənib. 11-18 iyun tarixlərində  keçirilən sorğuda bütün iqtisadi rayonlar əhatə edilməklə 600 respondent iştirak edib. 

Bu barədə Bizim.Media-ya Sosial Tədqiqatlar Mərkəzindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın çəkicinin qabağına oraq çıxartdılar - OMBUDSMANDAN ETİRAZ


Sorğuda iştirak edənlər arasında orta yaş qrupu və orta təhsillilər nisbi üstünlük təşkil edib.

Respondentlərin təxminən üçdə ikisi (66.2%) qonşu ölkələrin siyasi, iqtisadi, ictimai vəziyyətini, 38.1%-i isə dünya ölkələrinin gündəmini müntəzəm qaydada izləyir. İzlənilmə cəhətdən qonşu ölkələr arasında Türkiyə (77.1%), Rusiya (49.9%) və Ermənistan (42.9%) digər ölkələrlə nisbətdə əhəmiyyətli dərəcədə irəlidə qərarlaşıb. Dünya ölkələri üzrə isə ABŞ (58.9%), Almaniya (27.3%) və Fransa (22.1%) daha çox izlənir.

Sorğuda iştirak edənlərin 48.8% 20 iyunda keçiriləcək növbədənkənar seçkilərdə Nikol Paşinyanın blokunun məğlub olacağını hesab edir. Onlar Ayastan İttifaqının lideri Robert Köçəryanın qalib gələcəyini deyib. Təxminən 21% respondent bu sualı cavablandırmaqda çətinlik çəkib. Müqayisə üçün bildirək ki, MPG şirkətinin  Ermənistan əhalisi arasında apardığı sorğuda da Nikol Paşinyanın blokunun məğlub olacağını düşünənlər nisbətən daha çoxdur.

Respondentlərin üçdə biri 20 iyunda keçiriləcək növbədənkənar seçkilərdən sonra Ermənistanın Azərbaycan (32.7%) və Türkiyə (32.5%) ilə münasibətlərinin mənfiyə doğru inkişaf edəcəyini hesab edir. Bundan əlavə respondentlərin yarısından çoxu seçkilərdən sonra Ermənistanda ictimai-siyasi vəziyyət (51.5%) ilə yanaşı, əhalinin sosial vəziyyətinin də (57.6%) pisləşəcəyini düşünür. Maraqlıdır ki, təxminən hər on nəfərdən biri vəziyyətin yaxşılaşacağını proqnozlaşdırır.

Ermənistanın həm Rusiya (26.1%), həm də Qərb dövlətləri (26.2%) ilə münasibətlərinin pisləşəcəyini düşünənlərin çəkisi demək olar ki, eynidir.

Müharibədən sonrakı siyasi proseslərdən gözləntilər barədə də sorğu aparılıb. Respondentlərin demək olar ki, yarısı (45.2%) Zəngəzur dəhlizinin 1 il ərzində açılmasını gözlədiyi halda, dəhlizin 2-5 il ərzində açılacağını düşünənlərin çəkisi 24.6%-ə bərabərdir. 

Qarabağ və ətraf ərazilərdə mina siyasətinə dair rəyi öyrənilənlərin yarısı (50.7%) hesab edir ki, hökumət beynəlxalq təşkilatları mina xəritələrinin açıqlaması üçün Ermənistana sanksiyalar tətbiq etməyə çalışmalıdır. Təxminən hər on respondentdən biri bu qənaətdədir ki, sərhədlərin müəyyənləşdirilməsi tezliklə yekunlaşmalı (7.6%) və minaların təmizlənməsi istiqamətində xarici əlaqələr gücləndirilməlidir  (9.4%). 

Respondentlərin əhəmiyyətli hissəsi (73.4%) Azərbaycan-Ermənistan sərhədindəki prosesləri izləyir. Prosesləri izləyənlər arasında Ermənistan-Azərbaycan sərhəd məsələsinin Azərbaycanın iradəsi ilə onun xeyrinə yekunlaşacağını düşünənlərin çəkisi  (69.4%) təşkil edir.

Lakin respondentlərin müəyyən hissəsi (15.5%) bu prosesin Ermənistan tərəfindən uzadılacağından narahatdır. 

Respondentlərin 37%-i Erməni hərbi diversantlarının Bakıda məhkəmə prosesini mütəmadi qaydada, 21%-i tez-tez, 16.5%-i bəzən izləyir. Məhkəmə prosesini izləyənlərin daha çox hissəsi hesab edir ki, bu proses nəticəsində Azərbaycanın qanunlarına hörmət etmək istəyən ermənilər də insanlarımıza qarşı qəddarlığın cəzasız qalmayacağını dərk edəcək (35.7%).

Digər geniş yayılmış qənaət bundan ibarətdir ki, məhkəmə prosesi qarşıdakı dövrdə ərazilərimizə keçmək istəyən diversant və ya terrorçulara mesajdır (30.8%).

Azad olunan torpaqlara Qayıdış siyasəti barədə dövlətin əhalini məlumatlandırması işindən razılıq (orta dəyər – 2.67) digər məsələlərə nisbətdə daha yüksəkdir. Ən aşağı razılıq (orta dəyər – 1.98) göstərici isə iqtisadiyyatın bərpası ilə bağlı planlar barədə məlumatlandırma üzrə müşahidə edilib. Bu sual üzrə orta dəyər 3 ballıq şkala ilə ölçülüb – 1 - ən aşağı razılıq, 3- ən yüksək razılığı ifadə edir.

Alçina Amilqızı, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO