Separatçı Arayik Harutyunyan erməniləri satqınlıqda ittiham etdi

Separatçı Arayik Harutyunyan erməniləri satqınlıqda ittiham etdi

Hazırda oxunan: Separatçı Arayik Harutyunyan erməniləri satqınlıqda ittiham etdi

2461

Separatçı rejimin prezidenti Arayik Harutyunyan Facebookda canlı yayımda xalqa müraciət edib.

O, erməni xalqını xəyanətdə günahlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “armeniasputnik”yayıb.

“Əgər bu məsələdə xəyanətkar axtarmaq lazımdırsa, onda bütün xalq günahkardır”,- deyə o, bildirib.

Canlı yayım zamanı Harutyunyan, keçmiş müraciətlərindən epizodlar təqdim etməklə, xainləri və "torpağı satanları" axtarmağın lazım olmadığını deyib.

“Azərbaycan silahlı qüvvələri Talış kəndini tutub, Madagizə yaxınlaşanda bütün şimal bölgəsi təhlükə altında idi. Bu zaman ordunun bir hissəsi Yexniker bölgəsindən təşviş içində geri çəkildi və arxa tərəfi müdafiə etmək üçün kifayət qədər resursları olmadı."

"Bəzi nizamsız dəstələr ön mövqe tutmaqdan imtina etdi. Mən irəli gedəcəyimi deyəndə, arxamca heç kəs gəlmədi”, - deyə, o, bildirib.

A.Harutyunyan bu barədə məcbur olduğu üçün danışdığını əlavə edib.

Onun sözlərinə görə, o, tez- tez tam qələbə qazanmaq üçün 80-100 min nəfərin səfərbər edilməsinin lazım olduğu qeyd edib.

"Torpağı kim satdı? "

"Biz bunu bütün xalq olaraq etdik. Biz bu gün 18-20 yaşlı uşaqlarımıza xəyanət etdik. Xəyanəti bütün xalq olaraq etmişik. Bu gün xain axtaran siyasətçilər, etirazçılar özlərinin və ailələrinin müharibədə iştirak etdikləri barədə dəlil göstərsinlər”,- deyə o, əlavə edib.

Daha sonra separatçı rejimin prezidenti hazırda ölkədə ixtişaş yaradan qüvvələri xalqı aldatmaqda günahlandırıb.

"Omarda çox qanlı döyüşlər getdi. Ancaq hərbçilər sayəsində mövqelər qısa müddətdə bərpa edildi. Siz isə selfi çəkərək insanları aldatdınız",- deyə o, vurğulayıb.

Onun sözlərinə görə, təhlükə əsasən havadan, xüsusən də PUA-lardan idi.

“Ancaq məğlubiyyətin əsas səbəbi əksəriyyəti 18 yaşlı olan əsgərlərə heç bir köməyin gəlməməsi oldu. Sonda onların mühasirəyə alınması təhlükəsi yarandı və bu səbəbdən də sülh müqaviləsi imzalandı. Xankəndi bizdən qat-qat güclü olan Azərbaycan ordusunun nəzarəti altına düşmək təhlükəsində idi”. 

Müraciətin sonunda Harutyunyan Qarabağ sakinlərini İrəvandakı etiraz aksiyalarında iştirak etməməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO