Türkiyənin şərqində böyük qızıl yatağı tapıldı

Türkiyənin şərqində böyük qızıl yatağı tapıldı

Hazırda oxunan: Türkiyənin şərqində böyük qızıl yatağı tapıldı

24311

Türkiyənin şərqində ehtiyatları 1.2 milyard dollardan çox olan qızıl yatağı aşkar edilib.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank deyib.

"Mollakara kəndi yaxınlığındakı Koza Altın mədənində qızıl ehtiyatları 1.2 milyard dollar dəyərində 20 ton qızıl ehtiyatı və 2.8 milyon dollar dəyərində 3.5 ton gümüş aşkar etdik". “RİA Novosti” agentliyi nazirin dediklərindən sitat gətirib.

Varankın sözlərinə görə, son 10 ildə ölkədə qızıl hasilatına investisiya səviyyəsi 25% artıb:

“Bu il Türkiyə 45 ton, önümüzdəki beş ildə isə100 ton qızıl istehsal etmək fikrindədir”. Xatırladaq ki, Mollakara kəndi Türkiyənin şərqində, Agrı əyalətində yerləşir. 

Bölgə şərqdə İran, şimalda İgdır və Kars, qərbdə Muş və Ərzurum, cənubda Van və Bitlislə həmsərhəddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO