Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...

Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...

Hazırda oxunan: Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...

229971

Ermənistan mətbuatının yazdığına görə, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan yanvarın 14-15 arasında Vaşinqtonda səfərdə olacaq. Artıq onun Vaşinqtona gəldiyi bildirilir. O, burada dövlət katibi Entoni Blinkenlə görüşməlidir.

Ermənistan XİN-i bildirilir ki, görüş çərçivəsində Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığa dair sənəd imzalanacaq.

Qeyd edək ki, Baydenin hakimiyyəti dövründə ABŞ-ın Ermənistanda mövqeyi bir qədər güclənib. Ermənistan KTMT üzvü olsa da, bir neçə dəfə ABŞ-la birgə hərbi təlimlər keçirib. Digər tərəfdən, Ermənistanın silahlandırılmasında Amerika da müəyyən rol oynayır. İndi də hakimiyyəti təhvil verməkdə olan Bayden adminstrasiyası İrəvanla strateji tərəfdaşlıq barədə sənəd imzalayır.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp Baydeni hakimiyyətin keçidinə mane olmaqda İTTİHAM ETDİ


Görəsən bu saziş hansı məsələləri əhatə edəcək? Ümumiyyətlə, Qərbin Ermənistana müdaxiləsi region üçün hansı təhdidlər yaradır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun fikrincə, strateji tərəfdaşlıq sənədi Vaşinqton tərəfindən şəxsən Paşinyanın dəstəklənməsi deməkdir:

“Əsas fikir odur ki, bu Bayden adminstrasiyasının son günlər həyata keçirdiyi addımlardan biridir. Strateji tərəfdaşlıq müqaviləsində hansı öhdəliklərin götürüldüyü və hansı istiqamətlərin strateji istiqamət kimi seçildiyini bilmək üçün sənədə baxmaq lazımdır. Bu addım birbaşa şəxsən Paşinyanın dəstəklənməsi deməkdir. Çünki həmin addım Ermənistan daxilində Paşinyanın mövqeyini çox gücləndirir”.

Həmsöhbətimizə görə, həmin sənəd eyni zamanda, Tramp adminstrasiyası üçün də gələcəkdə Ermənistanla əməkdaşlığın davam etməsinə hesablanmış bir çərçivə formalaşdırır: 

“Bu erməni mərkəzli siyasətin təzahürüdür ki, ona da hələ keçən ildən başlanılıb. Belə vəziyyət də sonda hansısa bir sənədə gətirib çıxarmalı idi”.

Müsahibimiz bildirib ki, indi əsas məsələ Tramp adminstrasiyasının məsələyə yanaşmasının necə olacağıdır:

“Əsas sual Trampın bu siyasəti davam etdirib etdirməyəcəyidir. Son iki ildə ABŞ-ın regional siyasəti erməni mərkəzli olduğu üçün Azərbaycana problemlər yaşadır.

İkinci məqam odur ki, Rusiya ilə Ermənistan KTMT, Avrasiya İqtisadi İttifaqında, həm də ikitərəfli əlaqələr sahəsində yer alıblar. Lakin bu Bayden adminstrasiyası üçün Ermənistanla belə bir sənədin imzalanmasında maneə deyil. Lakin Tramp hakimiyyəti tərəfindən bu, bir sual işarəsi olaraq Ermənistan iqtidarı qarşısında qoyula bilər. Bu da öz növbəsində Ermənistanın vəziyyətini kəskinləşdirər”.

F.Məmmədov əlavə edib ki, hər şey Tramp adminstrasiyasının həmin sənədə, ümumiyyətlə Cənubi Qafqaza baxışının formalaşmasından asılı olacaq.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO