Qərbin silahlandırdığı Ermənistan yeni müharibəyə HAZIRLAŞIR? – Laçındakı təxribatların PƏRDƏARXASI

Qərbin silahlandırdığı Ermənistan yeni müharibəyə HAZIRLAŞIR? – Laçındakı təxribatların PƏRDƏARXASI

Hazırda oxunan: Qərbin silahlandırdığı Ermənistan yeni müharibəyə HAZIRLAŞIR? – Laçındakı təxribatların PƏRDƏARXASI

228910

2025-ci il başlar-başlamaz Ermənistan öz xislətinə uyğun olaraq yenidən təxribatlara əl atıb. Belə ki, Ermənistan silahlı qüvvələri tərəfindən yanvarın 5-i və 6-da Laçın istiqamətində Azərbaycanın mövqeləri atəşə tutulub.

Belə ki, yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Yanvarın 6-sı saat 14:10 radələrində isə Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.

Ermənistan aylar sonra niyə atəşkəsi pozdu?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Ermənistanın bu davranışı onun öz xoşu ilə deyil, özgə qüvvələrin ssenarisilə hərəkət etdiyinin növbəti nümunəsidir:
 

MÖVZU İLƏ BAĞLI:

Brayza təxribat planını İFŞA ETDİ – “Atəşkəsin pozulmasının arxasında ABŞ-dakı Milli Komitə dayanır”


“Kənardan ona verilən təlimatları icra edir. Atəşkəsin pozulması da məhz bu ssenarinin tərkib hissəsidir. Qərbin Cənubi Qafqazda sülh layihəsi yoxdur. Əksinə, onlar bölgədə qarşıdurmanın olmasında maraqlıdırlar. Bu qüvvələr Ermənistanı bir yandan silah-sursatla təmin edir, digər tərəfdən də mərkəzi orqanlara, ordunun baş qərargahına generalları ezam edirlər”.

Ekspertin fikrincə, Qərb gözümüzün önündə Ermənistanı yeni müharibəyə hazırlayır:

“Azərbaycan bunu bilir və ona hazırdır. Ona görə də Prezident İlham Əliyev vaxtaşırı onları xəbərdar edir və bildirir ki, bu ən bağışlanılmaz səhvdir. Sülh istəyən Ermənistan silahlanmamalıdır. Ancaq görürük ki, bunun əksini edirlər. Ermənilər ilin axırında nisbətən sakit olurlar. Lakin il başlayan kimi yenidən gərginlik yaratmağa çalışırlar. Belədə dünyaya göstərmək istəyirlər ki, burada sülhdən danışmaq hələ tezdir. Guya Azərbaycan atəşkəsi pozur, ermənilər üçün təhdidlər yaradır. Ona görə də Azərbaycanla dil tapmaq çətindir. Bununla guya Azərbaycana psixoloji təzyiq göstərmək istəyirlər.

Deməli, İrəvan sülh barədə nəinki düşünmür, o haqda ümumiyyətlə danışıq belə aparmaq niyyətində deyil. Ermənilər Azərbaycanın güc dərsindən nəticə çıxarmayıbsa, bu onların öz problemidir. Təxribatlara əl atmaq yolunun Ermənistan üçün heç bir gələcəyi yoxdur”.

“Paşinyan gündəmi dəyişməyə çalışır”

Politoloq Tural İsmayılov isə düşünür ki, atəşkəsi pozmaqla Paşinyan daxildəki itmiş mövqeyini bərpa etmək üçün gündəmi dəyişməyə çalışır:

“Ermənistan bütövlükdə Azərbaycanla sülhdən yayınan, eyni zamanda, dünyada təxribatçılığı simvol halına gətirən bir dövlətdir. Ermənistanın yarıtmaz və qəbuledilməz siyasətinin nəticəsidir ki, bu gün beynəlxalq münasibətlər sistemində obyektiv reallıq yoxdur.

Ermənistanda insanlar hisslərini itirib. Ermənistan cəmiyyətin fikrini ölkə daxilində hökm sürən xaos və ictimai çaşqınlıqdan yayındırmaq üçün hər cür təxribatlara getmək “qabiliyyətinə” malik ölkədir.

Paşinyan daxildəki itmiş mövqeyini bərpa etmək üçün gündəmi dəyişməklə məşğuldur. Ona görə də atəşkəsi pozmaqla Ermənistan cəmiyyətində yeni xof eyforiyası və saxta dezinformasiya külliyatı yaratmağa çalışır. Amma bütün bunlar son nəticədə Ermənistanın özünün fiaskosu ilə nəticələnəcək. Bu təxribatlar sonda Ermənistanın özünün zərərinə işləməklə, onu beynəlxalq münasibətlər sistemindən təcrid edən bir vəziyyətə gətirib çıxaracaq”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO