Rusiya və Belarus prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko Soçidə danışıqlar aparıb.
Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, danışıqlar barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Putin və Lukaşenko dəniz səyahətində - VİDEO
O bildirib ki, Belarus 500 milyon dollarlıq kreditin ikinci hissəsini iyun ayının sonuna qədər alacaq.
Qeyd edək ki, iki ölkə arasında imzalanmış razılaşma çərçivəsində ayrılması nəzərdə tutulan 1 milyard dollarlıq kreditin 1-ci tranşı ötən ilin dekabr ayının sonunda baş tutmuşdur.
Bizim.Media