Korotçenko:

Korotçenko: "Bu gün dünyanın lider ölkələri Azərbaycanla hörmət əsnasında dialoq qurur"

Hazırda oxunan: Korotçenko: "Bu gün dünyanın lider ölkələri Azərbaycanla hörmət əsnasında dialoq qurur"

22786

"Müstəqillik illəri ərzində, əsasən də son illər Azərbaycan böyük siyasi uğurlara nail olub. Bu gün dünyanın lider ölkələri Azərbaycanla hörmət əsnasında dialoq qurur. Məhz Bakı şəhəri Rusiya və ABŞ-NATO hərbi rəislərinin görüş meydanına çevrilib. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq arenada ən iti məsələləri aktuallaşdırır, qabardır"

Bizim.Media xəbər verir ki, bu sözləri "moscow-baku"ya müsahibəsində rusiyalı politoloq, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni hərbçilərə “Davay domoy” komandası – Korotçenkodan ŞƏRH


Azərbaycanın multikultiralizm ideyalarından da bəhs edən Korotçenko bunu nəzəri layihə yox, ölkənin gündəlik həyatı kimi qiymətləndirib. II Qarabağ savaşındakı qələbə isə Azərbaycanın nüfuzunu daha da artırdı:

"Müharibədən bəhs edərkən ilk növbədə Ali Baş Komandan İlham Əliyevin rolu qeyd olunmalıdır. Sözsüz ki, bu, ölkənin davamlı inkişafı ilə əlaqədardır. Həm də azərbaycanlılar ədalətin bərqərar olmasına köklənmişdi. 

Rusiya-Azərbaycan münasibətlərindən danışsaq, bu əlaqələri xöşbəxt gələcək gözləyir".

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO