Ermənilər Basarkeçər rayonunun Qaraqoyunlu kəndində də qorxuya düşüb - VİDEOREPORTAJ

Ermənilər Basarkeçər rayonunun Qaraqoyunlu kəndində də qorxuya düşüb - VİDEOREPORTAJ

Hazırda oxunan: Ermənilər Basarkeçər rayonunun Qaraqoyunlu kəndində də qorxuya düşüb - VİDEOREPORTAJ

22626

Kəlbəcər rayonunun sərhədində yerləşən Basarkeçərin (indiki Vardenis) Qaraqoyunlu kəndi son dövrlər adı tez-tez hallanan Yuxarı Şorca kəndindən 5, Göyçə gölündən 14 km uzaqlıqda yerləşir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

Nəşr işğal dövründə sərhəd sayılmayan bu kənddən video reportaj hazırlayıb. 2-ci Qarabağ müharibəsindən əvvəl Qaraqoyunlu aşırımının arxasında Kəlbəcər rayonu yerləşirdi. İndi isə hər şey dəyişib, Azərbaycan Kəlbəcər də daxil olmaqla bir çox torpaqlarını geri qaytarıb. 

Videoda deyilir ki, kəndçilər hazırda 2 km məsafədə Sərqi-Göyçə dağ silsiləsində yerləşən Azərbaycan hərbçilərinin nişanı altındadırlar:

“Yerli əhali hər gün azərbaycanlıların çadır qurduğu dağa baxırlar. Qaraqoyunlunun Ermənistandakı qaynar nöqtələrdən birinə çevrildiyini deyə bilərik. Artıq kəndlilər çölə çıxmaqdan qorxurlar, uşaqlar məktəbə getsələr də, onlara bayırda çox oynamağa icazə verilmir. Dağlarda mal-qara otlamır, kəndin yanında saxlamağa çalışırlar. Bəzən tərəvəz satanlar kəndə gəlir, sonra həyat yenidən donmuş kimi görünür. Yerli sakinlər hər şeyə baxmayaraq, təslim olmurlar və "ölkədə hər şeyin sabitləşəcəyinə" ümid edirlər. Yalnız kişilər silahlarının olmadığından və "bir şey olarsa" evlərini qoruya bilməyəcəklərindən narahatdırlar”.

Xatırladaq ki, Azərbaycan kəndləri 30 ildir ki, belə mənzərənin şahidi olub, indi isə hər şey dəyişib, sıra onlara çatıb.

Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO