Xəbər verdiyimiz kimi, son iki gündə Ermənistanda siyasi vəziyyət xeyli gərginləşib. Belə ki, Paşinyan Votsap tətbiqi vasitəsilə yüksək vəzifə tutan bəzi məmurlara istefa ərizələri yazmaqla bağlı sms göndərib. Onlar isə dərhal baş nazirin "tapşırığını" yerinə yetiriblər.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Ermənistanın "hraparak.am" saytı material hazırlayıb.
Nəşr işdən çıxarılan bəzi məmurların yeni vəzifələrə təyin ediləcəyini ehtimal edir.
Belə ki, Argişti Kyaramyan Dövlət Nəzarət Xidmətinin başçısı, Romanos Petrosyan isə ərazilərin idarəetməsi və infrastruktur naziri təyin ediləcək.
Hakim partiyadan deputat olan Vaqe Qalumyanın qohumu, hakim Artur Atabekyan Karen Andreasyanı əvəz ediləcək. Dövlət Gəlirləri Komitəsinə isə Komitənin daxili təhlükəsizlik şöbəsinin müdiri, keçmiş deputat Yerjanik Akopyan və maliyyə nazirinin müavini Arman Poqosyanın gətiriləcəyi deyilir.
Xatırladaq ki, noyabrın 17-də Ermənistanın altı yüksək vəzifəli məmuru istefa verdiklərini elan ediblər. Noyabrın 18-də mətbuata açıqlama verən Nikol Paşinyan sözügedən şəxslərin məhz onun təklifi ilə istefa verdiklərini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
09:54 / 19.11.2024
Ermənistanda hökumət BÖHRANI – İstefaya göndərilən məmurları hansı aqibət GÖZLƏYİR?
Hazırda oxunan: Ermənistanda hökumət BÖHRANI – İstefaya göndərilən məmurları hansı aqibət GÖZLƏYİR?
Hazırda oxunan: Ermənistanda hökumət BÖHRANI – İstefaya göndərilən məmurları hansı aqibət GÖZLƏYİR?
221346
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.