Gürcüstan Prezidenti müxalifəti son dərəcə diqqətli olmağa çağırdı

Gürcüstan Prezidenti müxalifəti son dərəcə diqqətli olmağa çağırdı

Hazırda oxunan: Gürcüstan Prezidenti müxalifəti son dərəcə diqqətli olmağa çağırdı

191717

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə müxalifətinə müraciət edib. O, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarlarını, yəni, müxalifəti “son dərəcə diqqətli” olmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident mayın 12-də keçirdiyi brifinqdə bəyanatla çıxış edib.

O deyib: "Mitinq iştirakçılarına müraciət etmək istəyirəm ki, diqqətli olsunlar. Bəzilərinin sizi - müxalifəti təxribata çəkmək planları var. Buna görə də istəyirəm ki, siz çox diqqətli olasınız. Bu, qorxu deyil, ehtiyatlı olmaqdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO