Vardanyanın Nobel MÜƏMMASI – Terrorçunu “sülh göyərçini”nə kimlər çevirmək İSTƏYİR?

Hazırda oxunan: Vardanyanın Nobel MÜƏMMASI – Terrorçunu “sülh göyərçini”nə kimlər çevirmək İSTƏYİR?

187560

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanılan erməni milyarder Ruben Vardanyan “xeyriyyəçilik və humanitar” fəaliyyətinə görə 2024-cü il Nobel Sülh Mükafatına namizəd göstərilib. Onun namizədliyinin bir sıra “nüfuzlu” şəxslər, o cümlədən Nobel Sülh Mükafatı laureatı tərəfindən təklif olunduğu bildirilir.

Xəbərin yayıldığı ilk günlərdə Ukrayna və Azərbaycanda separatizmi dəstəkləyən birisinin ali sülh mükafatına namizəd göstərilməsi ilk baxışdan xeyli təəccüblü görünürdü.  Amma hadisələrin sonrakı inkişafı göstərdi ki, erməni terrorçunu Nobel sülh mükafatına namizəd göstərilməsinin arxasında çox çirkin məqsədlər dayanır. 

Qərb köhnə texnologiyasına yeni format verir

Ona görə də az-çox  Qərbin siyasi texnologiyalarına bələd olanlar başa düşür ki, Vardanyan kimi bir terrorçunun ali sülh mükafatına namizəd göstərilməsi bizlər üçün qəribə görünsə də o qədər də təəccüblü deyil. Çünki, ikil ioynamaq, istənilən məsələyə ikili yanaşmaq Qərbin mahiyyətidir.

Qərbin baxışına görə kiməsə, nəsə təsadüfən və yaxud haqqı olduğu üçün verilmir. İstənilən mükafatın arxasında müəyyən öhdəlik dayanır. Bu mənada Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd göstərilməsi anlaşılandır. Burada iki həssas məqam var. Birincisi odur ki, Qərb bu addımı ilə göstərmək istəyir ki, ən qatı cinayətkarı belə onlar qəhrəman edə bilirlər. Bunun üçün hansısa qəhrəmanlıq hekayəsi də lazım deyil. Bunun üçün Qərbin öhdəliklərinə sədaqət əsas faktordur. 

Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Qərb Ermənistanla Azərbaycan arasındakı razılaşmaların kənarında qalmışdı.

Bu isə Qərbin saxta “sülh carçısı” imicinə bir zərbə idi. Ona görə də Qərb istəyirdi ki, iki ölkə arasında münaqişə yenidən alovlansın. Bu təxribatı isə sıradan biri törədə bilməzdi. Bunu ancaq kifayət qədər kapitalı olan və bir çox cəbhələrə işləyən birisi edə bilərdi. Bax, bu mənada Ruben Vardanyan Qərbin axtardığı əsl təxribatçı idi. 

Doğrudur, Vardanyanın 1 illik Qarabağ sərgüzəştli o qədər də effektiv olmadı. Amma bütün hallarda Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına Vardanyan və onun ətrafındakılar imkan vermədi. Bu da necə deyərlər, Qərbin gözündə Vardanyana mükafat alma “haqqı verir”.

Vardanyan həbsdə olsa da milyarderdir.

İkinci həssas məqamsa odur ki, erməni terrorçu milyarderdir. Bu günlərdə Amerikanın məşhur “Forbes” jurnalı dünyanın ən varlı insanlarının yenilənmiş siyahısını dərc edib. Siyahıya yalnız bir erməni - separatçı Ruben Vardanyanın adı daxil edilib. Onun sərvəti 1,1 milyard dollar qiymətləndirilir. Erməni milyarder siyahıda 2545-ci yeri tutub.

Bax, əsas məsələ Vardanyanın milyardlarının sonrakı taleyidir. Müəyyən maraqlı qüvvələr ortaya atılıb, erməni milyarderin azadlığına nail olmaq istəyir. Təbii ki, bu yollardan biri də bu tip kampaniyalardır. Əgər təşəbbüskarların niyyəti baş tutsa, və erməni milyarder Nobel Sülh Mükafatını alsa, onda maraqlı qüvvələr Azərbaycanın üzərinə gələcəklər. Necə deyərlər Qərb “bir güllə iki quş” vurmaq istəyir. Həm Azərbaycana yeni təzyiq imkanları əldə etmək, həm də azad olunması müqabilində Vardanyanın milyardlarına sahib çıxmaq.

Separatçı necə “sülh carçısı” ola bilər?

Məlum olduğu kimi, vətəndaşlığı belə olmayan 1968-ci il təvəllüdlü Ruben Vardanyan 27 sentyabr 2023-cü ildə Xankəndindən Ermənistana qaçmaq istəyərkən Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Onun Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Hazırda DTX-nin təcridxanasında Rubenin istintaqı davam edir.

İttiham aktından da göründüyü kimi Vardanyanın separarizmə və terrorçuluğa dəstək verdiyinə görə saxlanılıb. Üstəlik, o 2022-ci ildə Azərbaycan ərazisinə qanunsuz yolla gəlib və separatçı rejimdə “dövlət naziri” postunu tutub. Bütün bunlar isə sülhsevərlikdən çox-çox uzaq bir məsələdir. Faktiki olaraq Vardanyan terrorçuluğu maliyyələşdirib, regionda sülhün, sabitliyin əldə olunmasına birbaşa əngəl olub.

Bundan əlavə Vardanyan uzun illər Ukraynadakı Donbas separatçılarına da maddi dəstək göstərib. Hər zaman separatçıların yanında yer alıb, Ukraynanın ərazi bütövlüyünü tanımayıb.

Vardanyana qarşı münasibətdə ikili yanaşma.

Göründüyü kimi Ruben Vardanyan təkcə Azərbaycana qarşı yox, həm də Ukraynaya qarşı təxribatların iştirakçısı və maliyyəçisidir. Amma maraqlı dairələr üçün bu iki danılmaz fakt o qədər də maraqlı deyil. Maraqlı odur ki, Vardanyan istənilən yaramazlığa və satqınlığa alidə birisidir. Belələrindən Qərbin müvafiq institutları çox yaxşı faydalana bilirlər. Bəs, Qərbin Vardanyan üzərindən qurduğu çirkin plan nə qədər uğurlu olacaq?

Bunu artıq zaman göstərəcək…

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO