Ermənistan prezidenti Armen Sarkisyan və xanımı Nune Sarkisyan bu gün iki günlük rəsmi səfərlə Gürcüstana yola düşəcəklər. Bu, prezident təyin olunduqdan sonra onun Tiflisə üçüncü səfəridir.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya Ermənistanı Zaqafqaziyada əsas müttəfiq adlandırdı
Mənbə yazır ki, Armen Sarkisyan ilk dəfə 26 may 2018-ci il tarixində Müstəqillik Gününü və Gürcüstanın ilk Demokratik Respublikasının qurulmasının 100 illiyini qeyd etmək üçün Tiflisə gedib.
Ermənistan dövlətinin başçısı ikinci dəfə 2018-ci ilin dekabrında Gürcüstan Prezidenti Salome Zurabişvilinin andiçmə mərasimində iştirak edib.
Qeyd edək ki, indiki mərhələdə Ermənistanın Gürcüstanla qarşılıqlı əlaqəsi aktiv ticarət və iqtisadi əməkdaşlıqla dəstəklənir. Ermənistana gələn yüklərin əsas hissəsi Gürcüstan ərazisindən keçir.
Koronavirus pandemiyasına baxmayaraq, Ermənistan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 2020-ci ildə 129,7 milyon dollar təşkil edib. Bu, 2019-cu illə müqayisədə 12% azdır.
Bundan əlavə, baharın sonuna qədər hər iki ölkə bölgədə ilk "Dostluq körpüsü" adlı ortaq layihənin icrası ilə bağlı işlərə başlayacaqlar. Tikinti təxminən 8.325.000 avroya başa gələcək.
Ermənistan və Azərbaycanın strateji tərəfdaşı olan Gürcüstan xərcləri bərabər şəkildə bölüşəcəklər.
Xatırladaq ki, Azərbaycandan fərqli olaraq Ermənistanla Gürcüstanın münasibətləri milli təhlükəsizlik konsepsiyasında “strateji” kimi xarakterizə olunmasa da, bu ruha uyğun gəlir.
Bizim.Media