Gürcü politoloqdan ölkəsinin AŞPA-dakı susqunluğuna REAKSİYA – “Hər dövlətin öz milli maraqları var”

Gürcü politoloqdan ölkəsinin AŞPA-dakı susqunluğuna REAKSİYA – “Hər dövlətin öz milli maraqları var”

Hazırda oxunan: Gürcü politoloqdan ölkəsinin AŞPA-dakı susqunluğuna REAKSİYA – “Hər dövlətin öz milli maraqları var”

175646

“Əlbəttə ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini dayandırması təəssüf doğurur. Çünki Gürcüstan Azərbaycanın AŞPA-dakı fəaliyyətini hər zaman dəstəkləyib”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Gürcüstanın Təhlükəsizlik Məsələlərinin Öyrənilməsi Mərkəzinin sədri, politoloq Nika Çitadze deyib. 

Gürcüstanın AŞPA-da Azərbaycan əlehinə qətnaməsindəki səsvermədə iştirak etməməsi səbəbələrini açıqlayan Çitadze, bunu ölkələrinin beynəlxalq əlaqələri ilə əlaqələndirib.

“Hesab edirəm ki, Azərbaycanın AŞPA-da fəaliyyətini dayandırması, Gürcüstanın səsvermədə iştirak etməməsi Gürcüstanla Azərbaycan arasındakı münasibətlərə təsir göstərməyəcək. Çünki Gürcüstan və Azərbaycanın bir çox ortaq cəhətləri var. Ölkələrimiz arasında nəqliyyat və enerji layihələri, o cümlədən xalqlarımız arasında çoxəsrlik dostluq mövcuddur. Bu əməkdaşlıq yenə davam edəcək. 
Niyə Gürcüstan AŞPA-da Azərbaycanın lehinə çıxış etməyib? 

Çünki Gürcüstan AŞPA ilə əməkdaşlığı davam etdirir. Səsvermədə iştirak etməməyimizin məqsədi isə Azərbaycanı incitməməklə bağlı idi. Çünki hər ölkənin öz milli maraqları var. Bu anlayış Gürcüstana da aiddir, Azərbaycana da”, - deyə N.Çitadze əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO