Ölkəmizin taleyi generallarımızı maraqlandırmır - Erməni politoloq

Ölkəmizin taleyi generallarımızı maraqlandırmır - Erməni politoloq

Hazırda oxunan: Ölkəmizin taleyi generallarımızı maraqlandırmır - Erməni politoloq

175569

“Bir neçə gün əvvəl Ermənistan Müdafiə Nazirliyindən imzalanmış və möhürlənmiş cavab gəlib və o məktubdan belə çıxır ki, Ermənistan dövləti cəmiyyətlə münasibətlərində heç nəyi dəyişmək niyyətində deyil”.

Bizim.Media xəbər verir ki, bu barədə "Aşxar" Strateji Araşdırmalar Mərkəzinin direktoru, politoloq Hraçya Arzumanyan öz Facebook səhifəsində yazıb.

“Erməni generalları hərtərəfli yanaşmaya keçmək istəmirlər və sovet yanaşması çərçivəsində qalırlar. Ölkəmizin taleyi generallarımızı, ümumiyyətlə maraqlandırmır. Əsas odur ki, onilliklər ərzində qurduqları biznesləri inkişaf edir, hərbi büdcə ilə birlikdə günbəgün artır. 
Bununla belə, mən emosiyalarla danışmaq istəyirəm.

Serj Sarkisyanın pencəyi Ermənistanın baş naziri Nikol Paşinyanın xoşuna gəlib. Ancaq bir az dəyişdirmək, bəlkə də yenisini tikmək lazımdır. Belə geyimdə olan hökumət, şübhəsiz Ermənistanı və erməni xalqını növbəti fəlakətə sürükləyəcək. Ermənistan hakimiyyəti dövlətlə cəmiyyət arasında qarşılıqlı əlaqə qurmağın üsullarından imtina edir”, - deyə politoloq qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO