Azərbaycan sülh müqaviləsi ilə bağlı bir ay üzərində işlədiyi son təkliflər paketini Ermənistana göndərib.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV telekanalına müsahibəsində deyib.
Nazir əlavə edib ki, hazırda Ermənistanla danışıqlar prosesi davam edir. O qeyd edib ki, tərəflər görüşlərin 2024-cü ildə də baş tutacağını gözləyir.
Bayramov vurğulayıb ki, Bakı son vaxtlar İrəvandan müsbət siqnallar alıb:
"Lakin biz Ermənistandan sülh prosesində real addımlar gözləyirik. Ancaq başa düşməliyik ki, sülh müqaviləsi bütün məsələlərin 100% həlli deyil. Sülh müqaviləsi gələcək müzakirələr üçün bir əsasdır. Bunlar ən azı Azərbaycan və Ermənistan arasında normal qonşuluq münasibətlərinin formalaşması üçün şərtlərdir".
Bizim.Media
- A-
- A
- A+
Region
14:11 / 25.12.2023
Bakı sülh müqaviləsi ilə bağlı son təkliflər paketini İrəvana göndərdi
Hazırda oxunan: Bakı sülh müqaviləsi ilə bağlı son təkliflər paketini İrəvana göndərdi
Hazırda oxunan: Bakı sülh müqaviləsi ilə bağlı son təkliflər paketini İrəvana göndərdi
170682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.